Ölənlərdən biri uşaqdır: yaralananların sayı 135-ə çatıb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
AYNA.AZ xəbər verir ki, bu barədə “Telegram”da paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Ölənlərin biri uşaqdır.
Hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb. Onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
Hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.