Kim Çen In: “Şimali və Cənubi Koreyanın birləşməsi qeyri-mümkündür”

Dünya

22.09.2025 - 13:42

"Cənubi Koreya hər sahədə amerikanlaşdırılıb və yarı iflic, dəhşətli bir qurum, asılı dövlətdir”

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Pxenyan Cənubi Koreya ilə birləşməyə çalışmayacaq, çünki iki ölkə “tamamilə fərqlidir”. AYNA.AZ xəbər verir ki, bu barədə sentyabrın 22-də Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"Cənubi Koreya hər sahədə amerikanlaşdırılıb və yarı iflic, dəhşətli bir qurum, asılı dövlətdir. Bu, tamamilə yad ölkədir", - Kim Çen In vurğulayıb.

O bəyan edib ki, “odla su bir araya sığmadığı kimi, müstəqil siyasət və güclü dövlətlərə tabe olmaq siyasəti də bir-birinə uyğun gəlmir”.

Şimali Koreya lideri əlavə edib ki, Pxenyan Şimali və Cənubi Koreyanın “birləşə bilməyən iki fərqli dövlət” olması müddəasını qanunda təsbit edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş