Kəmaləddin Heydərov generalı işdən çıxardı

Xəbərlər

10.12.2019 - 14:14

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub

 

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. AYNA modern.az-a istinadən xəbər verir ki, Nazirliyin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

 

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

 

FHN-dən xəbəri təsdiqləyiblər.

 

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

 

Ailəlidir, 2 övladı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş