Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi
İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“III Karlos Sağlamlıq İnstitutu 132 müsbət ortopoksvirus hadisəsini təsdiqləyib, onlar meymunçiçəyi ilə bağlı təsdiqlənmiş hallar kimi tanınır”, - deyə qurumdan bildirilib. Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi.
“Publico” qəzetinin yazdığına görə, Portuqaliyada 100 yoluxma halı qeydə alınıb ki, bu da bazar ertəsi elan edilən rəqəmdən 4 vahid çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir.