İsmayıllıda zəlzələ olub

Xəbərlər

24.03.2023 - 12:17

Yeraltı təkanlar İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Müəllif: Ayna.az