İsmayıllıda yol qəzasında ölənlərin sayı artıb

Xəbərlər

26.12.2022 - 06:22

cedabet dərman SEO Xidməti

Qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib

İsmayıllı-Qəbələ avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib.

AYNA APA-ya istinadən xəbər verir ki, ağır xəsarət alan BMW markalı avtomobilin sürücüsü xəstəxanada keçinib.

Qeyd edək ki, dünən İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş