İrəvandakı Avropa çempionatından imtina edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıb

Xəbərlər

15.04.2023 - 22:22

Nümayəndələri gətirən təyyarə hava limanında eniş edib

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

AYNA-nın məlumatına görə, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş