İrandan Azərbaycana 13 kq narkotik keçirməyə çalışdılar

Hadisə

25.05.2023 - 12:06

Cənub qonşumuzdan ölkəmizə narkotik maddə keçirilməsinin qarşısı alınıb

May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayon Zevin kənd sakinləri Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə