İqtisadiyyat naziri kollektivə təqdim olunub

İqtisadiyyat

28.10.2019 - 11:34

Yeni naziri kollektivə Azərbaycan Baş Naziri Əli Əsədov təqdim edib

 

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

 

AYNA xəbər verir ki, yeni naziri kollektivə Azərbaycan Baş Naziri Əli Əsədov təqdim edib.

 

Qeyd edək ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı həmçinin "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib. 

Müəllif: Ayna.az