İlham Əliyev Qaribaşviliyə zəng edib

Xəbərlər

28.06.2022 - 16:44

Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini ad günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib.

AYNA xəbər verir ki, dövlət başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə