İki xəstəliklə eyni vaxtda mübarizə aparmaq riski var – <font color=red> Diqqətiniz bizdə olsun</font>

Cəmiyyət

29.05.2020 - 23:00

Sevil Mustafayeva: “Ağır şəkərli diabet halında bədənin COVID-19-un öhdəsindən gəlməsi çətin olur”

 

Hər bir insan COVID-19-a yoluxa bilər, lakin bu, bəzi əhali qrupları və xüsusilə şəkərli diabet xəstələri üçün təhlükəlidir. Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təhsil Dərnəyinin (AEDTTD) icraçı direktoru Sevil Mustafayeva Azərbaycan Tibb Universitetinin (ATU) nəzdindəki terapevtik klinikada yoluxmuş xəstələri müalicə etməklə koronavirusla mübarizədə ön sıralarda yer alır. O, şəkərli diabet xəstələrinin pandemiya zamanı xəstələnmə risklərini necə azaltması və ölkədə şəkərli diabetlə bağlı vəziyyət ətrafında AYNA-nın suallarını cavablandırıb.

 

- Doktor, şəkərli diabet xəstəliyi koronavirus infeksiyasının yayıldığı bir vaxtda ən təhlükəli xroniki xəstəliklərdən biri hesab olunur. Bu, nə ilə əlaqədardır?

 

- Şəkərli diabet xəstəsi sağlam insandan heç bir şeyə görə fərqlənmir. Şəkərli diabet xəstəsi olan şəkərli diabet xəstəsi olmayan insanlarla eyni göstəricilərə malikdir. Əlbəttə ki, insan yorğun, əsəbi olarsa, qanında şəkər səviyyəsi qalxır, amma bu, hər zaman olmur. Problem ondadır ki, bir çox xəstələrdə diabet dekompensasiya olunur – onlar pəhrizə əməl etmirlər, kifayət qədər aktiv deyillər və s. Məhz bu cür xəstələrdə COVID-19-a yoluxma ehtimalı artır və onlar xəstəliyi daha ağır keçirirlər. Bunun səbəbi yüksəlmiş qlükoza səviyyəsi və virusun olduqca aqressiv olmasıdır. Bundan əlavə, diabetin ağırlaşmaları varsa, bədənin COVID-19-un öhdəsindən gəlməsi çətin olur.

Elya Belskaya