İki gündə yol qəzalarında 6 nəfər ölüb

Hadisə

17.04.2023 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb

Aprelin 15-də və 16-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş