Hökumətdən 4 milyon dollarlıq “məhsuldarlıq”

İqtisadiyyat

23.01.2020 - 10:19

İqtisadçı: “Hökumət 5 il ərzində bu strateji məqsədə çatmaq üçün ölkənin bütün resurslarını səfərbər etmişdi”

 

Azərbaycanda qeyri-neft sektoru üzrə ixracat 2014-cü ildən bəri 245 milyon dollara qədər yüksəlib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun son açıqlamasına görə, ötən il Azərbaycanın qeyri-neft ixracatı 1,9 milyard dolları ötüb. Müqayisə üçün deyək ki, keçən il bu rəqəm 1 milyard 689 milyon dollar səviyyəsində olub.

 

Rəsmi məlumatlara əsasən, hər il ölkədən ixrac olunan qeyri-neft məhsullarının həcmi artır. Üstəlik, cari ildə artımın 14%-ə çatdığı deyilir. Bəs əsl həqiqət necədir?

 

Qeyri-neft məhsulları ixrac edən aparıcı dövlət şirkətlərinin reytinqinə, ənənəvi olaraq Azərbaycanın enerji sektorundakı iki müəssisə liderlik edir. Onlardan biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İqtisadi əməliyyatlar və marketinq departamentidir ki, bu da hər ay orta hesabla 14 milyon dollar dəyərində məhsul ixrac edir.

 

ARDNŞ-nin ən yaxın izləyicisi, eyni zamanda ölkənin enerji sektorunu təmsil edən dirə şirkət isə, xarici elektrik bazarlarına aylıq

Müəllif: Tanya Samsonova