Hirkan Milli Parkındakı yanğın söndürülüb

Hadisə

30.03.2023 - 12:41

Yanğın nəticəsində quru ot örtüyü yanıb

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazidə növbətçilik təşkil edilib. Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

Müəllif: Ayna.az