Hindistanda hoteldə yanğın olub, 14 nəfər ölüb

Dünya

30.04.2025 - 07:56

Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttədə hoteldə baş vermiş yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər yaralanıb.

AYNA.AZ ANI agentliyinə istinadən xəbər verir ki, yanğın aprelin 29-da axşam saatlarına baş verib.

Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən özünü atanlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları qurtarıblar. Olay yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş