Hindistanda daşqınlar və torpaq sürüşmələri 34 nəfərin həyatına son qoyub

Dünya

02.06.2025 - 19:35

cedabet dərman SEO Xidməti

Bramhaputra çayında və digər beş çayda suyun səviyyəsi təhlükə həddinin üstündədir

Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

"Son üç gündə Assam, Manipur, Tripura, Sikkim, Arunaçal Pradeş və digər ştatların şimal-şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər həlak olub", - qeyd edilib.

Tripurada daşqınlardan 10 mindən çox insanın zərər çəkdiyi bildirilir.

Daşqınlar Assam ştatının 19 rayonunda 764 kəndə də ziyan vurub. Bramhaputra çayında və digər beş çayda suyun səviyyəsi təhlükə həddinin üstündədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş