Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

Xəbərlər

04.10.2022 - 19:49

Partlayıcı vasitələrin Vətən müharibəsindən sonra basdırıldığı ehtimal edilir

Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluqdan AYNA-ya bildirilib ki, Daşkəsən rayonunun Buğdadağ adlanan ərazidə oktyabrın 1-2-də erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az