Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir - VİDEO

Xəbərlər

27.10.2022 - 11:58

cedabet dərman SEO Xidməti

“Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.

Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.

“Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş