Hər bir sürücü üçün vacib məsləhət

Maraqlı

05.03.2020 - 10:46

Əyləc sistemində problem yarandıqda mühərriki söndürməyə cəhd etməyin

 

Sürücülərin bilməsi vacib olan tövsiyə var. Belə ki, əyləc sistemində problem yarandıqda mühərriki söndürməyə cəhd etməyin. Əvvəlcə maşını uyğun yerdə saxlayıb əraziyə göz gəzdirmək, daha sonra qəza siqnalını yandırmaq lazımdır.

 

Ekpertlərin sözlərinə görə, bu zaman əyləcləri bir neçə dəfə vurmaq, sonra isə sistemdə minimum təzyiq yaratmaq üçün pedalı basmaq lazımdır. Nəticədə, avtomobil yavaşlayacaq.

 

Eyni zamanda, avtomobili mümkün qədər nəqliyyatların daha az hərəkət etdiyi sahəyə yönəltmək lazımdır, imkan varsa, maşın yoxuşa sürülməlidir, qar yığını, meşə, kol və sair.

 

Sözügedən problem zamanı əl əyləcindən də istifadə etmək olar, lakin o, mümkün qədər yumşaq şəkildə çəkilməlidir. (fins.az)

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə