Ölən girovların qalıqlarını isə İsrail tərəfinə təhvil vermək üçün əlavə vaxt lazım olacaq
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan bütün sağ qalan israilli girovları bir gün ərzində azad etməyə hazırdır. AYNA.AZ xarici mediaya istinadən bildiri ki, ölən girovların qalıqlarını isə İsrail tərəfinə təhvil vermək üçün əlavə vaxt lazım olacaq.
Bundan başqa, hərəkat BMT-nin himayəsi altında öz silahlarını Misir və Fələstin təhlükəsizlik güclərindən yaradılacaq xüsusi quruma təhvil verməyə hazırdır.
HƏMAS rəsmi şəkildə bu məlumatları şərh etməyib.