HƏMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabı vasitəçilərə təqdim edib

Dünya

04.10.2025 - 11:02

Hərəkat bütün canlı girovları azad etməyə və ölənlərin cəsədlərini qaytarmağa razıdır

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına cavabı vasitəçilərə təqdim edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hərəkat Qəzzanın idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə verilməsi ilə razılaşdığını bəyan edib.

HƏMAS həmçinin bütün canlı girovları azad etməyə və ölənlərin cəsədlərini qaytarmağa razıdır.

Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev Qəzza münaqişəsinə son qoymaq üçün 20 bənddən ibarət geniş plan dərc edib. Təklifdə münaqişənin dərhal dayandırılması, İsrail qoşunlarının çıxarılması və girovların azad edilməsi müqabilində hərbi əməliyyatların dondurulması daxildir.

Bundan əlavə, Fələstin hərəkatı Qəzzanın idarə olunmasında iştirak etməməyə razı olmalıdır. Lakin təkliflər Fələstin anklavının İsrail tərəfindən ilhaqını və ya işğalını nəzərdə tutmur.

Öz növbəsində, İsrailin Baş naziri Benyamin Netanyahu bu təşəbbüsü dəstəkləyib və qeyd edib ki, sənəd ölkənin hərbi məqsədlərinə nail olmaq üçün uyğundur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp həftə sonu Mar-a-Laqoya uçmazdan əvvəl özünün “Truth Social” sosial media hesabında HƏMAS-a ultimatum xarakterli yazı dərc edib. Tramp 20 bəndlik “sülh planına” müsbət cavab vermək üçün terror təşkilatına daha iki gün – Vaşinqton vaxtı ilə bazar günü axşam saat 18:00-a qədər vaxt verdiyini açıqlayıb. Əks halda HƏMAS növbəti dəfə “cəhənnəm”lə hədələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş