“Hazırda Polşada bir milyona yaxın ukraynalı qaçqın var”

Dünya

24.09.2025 - 13:36

Polşa Prezidenti: “Biz ürəyimizi, sərhədlərimizi, evlərimizin qapılarını açdıq”

“Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri, müxtəlif hesablamalara görə, Polşaya 2-3 milyon ukraynalı qaçqın gəlib. Hazırda isə Polşada bir milyona yaxın qaçqın qalıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa Prezidenti Karol Navrotski BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Biz ürəyimizi, sərhədlərimizi, evlərimizin qapılarını açdıq. Maddi, maliyyə, hərbi və diplomatik yardım göstərdik. Bu gün Polşada bir milyon ukraynalı qaçqın yaşayır”, - deyə Navrotski qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş