Gürcüstan vətəndaşları narkotik istifadəsi ilə bağlı yoxlanılacaqlar

Dünya

02.06.2025 - 18:59

cedabet dərman SEO Xidməti

Yoxlama yalnız şəxsin narkotikdən istifadəsindən şübhələnməyə əsas verən fakt və ya məlumat olduqda aparılacaq

Gürcü polisi 2025-ci il iyunun 1-dən narkotik vasitələrdən istifadə faktını müəyyən etmək hüququ əldə ediblər. İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər artıq Prezident tərəfindən imzalanıb və Gürcüstanın Qanunvericilik Bazasının saytında dərc edilib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.

Gürcüstanda hər hansı narkotikdən istifadə inzibati xəta hesab olunur. İstisna marixuananın istifadəsidir, lakin ictimai yerdə deyil və yetkinlik yaşına çatmayanlar istifadə edə bilməzlər.

İyunun 1-dən yeni psixoaktiv maddələrin, narkotik vasitələrin, onların analoqlarının və prekursorlarının istehlakına, habelə onların əldə edilməsinə, saxlanmasına, istehsalına və daşınmasına görə 500 lari məbləğində cərimə və ya 15 gün müddətinə həbs edilməklə, 500 laridən 2 min lariyə qədər cərimə və ya 60 günə qədər inzibati həbs nəzərdə tutulur.

Narkotik testindən keçməkdən imtinaya görə də şəxs 500-dən 2 min lariyə qədər cərimə və ya 60 günə qədər inzibati həbslə cəzalandırılacaq.

Yoxlama yalnız şəxsin narkotikdən istifadəsindən şübhələnməyə əsas verən fakt və ya məlumat olduqda aparılacaq. Bu zaman polis əməkdaşı vətəndaşa laboratoriya müayinəsi üçün məhkəmə-tibb mərkəzinə getməyi təklif edəcək. Vətəndaşın polis əməkdaşı ilə getməkdən imtina etmək hüququ var. Lakin bundan sonra o dörd saat ərzində ya Gürcüstan Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Departamentində, ya da Milli Məhkəmə Ekspertizası Bürosunda müayinədən keçməli olacaq.

Şəxs könüllü müayinədən keçibsə və narkotik vasitələrdən istifadə faktı müəyyən edilibsə, onun nəzarət nümunəsini 10 gün müddətində müvafiq akkreditasiyaya malik alternativ laboratoriyaya vermək hüququ var. Məlumatların sınaqdan keçirilməsinin mümkün olacağı laboratoriyaların siyahısını Gürcüstan Səhiyyə Nazirliyi müəyyən edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş