Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb
Göyçay şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli altı otaqlı evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 kvadratmetr olan talvarın altında dayanan VAZ markalı minik avtomobilinin salonu yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.