Goranboyda zəlzələ olub

Xəbərlər

05.08.2022 - 21:40

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib

Goranboyda zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeralı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Müəllif: Ayna.az