Goranboyda yol qəzasında 4 nəfər xəsarət alıb

Xəbərlər

29.08.2023 - 01:45

Qəza zamanı xəsarət alanlar xəstəxanaya çatdırılıblar

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA "Report"a istinadən məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü X.Hüseynova, 2011-ci il təvəllüdlü Z.Hüseynova, onun qardaşı, 2007-ci il təvəllüdlü Z.Hüseynov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Qəza nəticəsində daha 1 nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş