Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşdü

Hadisə

03.09.2023 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşınının sürücüsü idarəetməndən çıxaraq avtobus qarajının darvazasına çırpılıb.

Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanın işçiləridir.

Xəsarət alanlar sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş