Rəşad Yusifov direktor vəzifəsinə təyin edilib
Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib. Bu barədə AYNA-ya Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
Bildirilib ki, Mədəniyyət nazirinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.