“Lənət olsun Musa Yaqubu öldürənlərə!”

Mədəniyyət

05.07.2019 - 13:13

Həkimlər Klinikalar SEO Xidməti

Seyran Səxavət: “Ancaq bu dəyərli şəxsiyyətlər onları öldürmək istəyənlərin acığına daha çox yaşayacaqlar"

 

“Kiminsə sağlığında ölüm xəbərini yayanlar medianın çox aciz bir hissəsidir. Bunlar nə yazırlarsa, oxunmur, diqqət cəlb edə bilmirlər, bundan sonra başlayırlar "killerlik” etməyə. Yalandan sağ adamları "öldürürlər”".

 

Bu fikirləri AYNA-ya açıqlamasında, Azərbaycanın tanınmış nasiri Seyran Səxavət, Xalq şairi Musa Yaqubun ölüm xəbərini yayanlar haqqında danışarkən deyib. O, Musa Yaqubu tez-tez ziyarət etdiyini bildirib.

“Bu bir il müddətində, azı 6-7 dəfə gedib Musa Yaqubu yoxlamışam. Gedib-gələndən sonra bəziləri kimi yaymıram, şəkillərimi paylaşmıram ki, Musa Yaqubun yanına getdim” - S.Səxavət vurğulayıb.

 

“Axırıncı dəfə on gün bundan qabaq onun yanından qayıtmışam. Musa Yaqub lap yaxşıydı, mənimlə yedi, spirtli içki də içdi, dedik-güldük. Meşənin içində bir xeyli istirahət elədik, şəkillər çəkdirdik” – deyə o, əlavə edib.

 

Onun sözlərinə görə, bir müddət əvvəl Vahid Əzizi də "öldürmüşdülər": “Ancaq bu iki dəyərli şəxsiyyət onları öldürmək istəyənlərin acığına daha çox yaşayacaqlar. Həm də onların ömrü təkcə adi insan ömrü deyil, onların yazdıqlarının uzun-uzun illər ömrü var. Yaşasın Musa Yaqub, yaşasın Vahid Əziz, lənət olsun onları öldürənlərə!”

Müəllif: Rumiyyə Miraslan