Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Siyasət

22.06.2023 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Paşinyan: "Ermənistan sülh üçün bütün səyləri göstərir"

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq.

AYNA "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

N.Paşinyan qeyd edib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-a gedəcək”.

Hökumət başçısının sözlərinə görə, Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyi təklif edib və görüşün keçirilməsi ilə bağlı prinsipial razılıq var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş