G7 Rusiya aktivlərindən Ukraynaya 25,5 milyard dollar ayırıb

Dünya

03.10.2025 - 15:59

Ən çox vəsaiti Avropa İttifaqı ayırıb - 15,8 milyard dollar

G7 ölkələri 2025-ci ildə Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə kredit sxemi çərçivəsində 25,5 milyard dollar ayırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi və Avropa Komissiyasının (AK) məlumatlarında qeyd edilib.

Ən çox vəsaiti Avropa İttifaqı ayırıb - 15,8 milyard dollar. Kanada 3,4 milyard dollar, Yaponiya 3,3 milyard dollar və Böyük Britaniya 3 milyard dollar töhfə verib.

Keçən ilin sonunda ilk vəsait köçürən ABŞ olub, lakin o vaxtdan bəri Vaşinqtondan heç bir yeni axın qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş