Mayın 14-də Brüsseldə liderlərin üçtərəfli görüşü gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftəsonu - mayın 14-də Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər.
AYNA xəbər verir ki, bu barədə “Financial Times” görüşə hazırlıqla tanış olan diplomatlara istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.