FHN qərargah məşqi keçirib

Xəbərlər

02.12.2022 - 16:31

Nazirlik məışqin məqsədini açıqlayıb

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin və onun əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının struktur bölmələri ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda birgə qərargah məşqi keçirilib. Bu barədə AYNA-ya FHN-dən məlumat verilib.

Birgə qərargah məşqinin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı nazirliyin qurumlarının birgə fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsi, əməliyyat tədbirlərinin reallığının yoxlanılması, əməliyyat şəraitinin qiymətləndirilməsi, operativ qərarların qəbul edilməsi, qüvvə və vasitələrin idarə edilməsi üzrə müvafiq heyətin peşəkar vərdişlərinin artırılmasından ibarət olub.

Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman qurumların birgə fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsi, əməliyyat planlarının reallığının yoxlanılması və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.

Müəllif: Ayna.az