Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
İmişli rayonunun Ağaməmmədli kəndində ferma ərazisində ümumi sahəsi 20 m² olan vaqon tipli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, ferma yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.