Faktiki hava şəraiti açıqlanıb

Xəbərlər

27.11.2022 - 11:54

Qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək yağış olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Müəllif: Ayna.az