Evlərdən 15 min manatlıq oğurluq edən şəxs tutulub

Xəbərlər

30.07.2022 - 23:54

cedabet dərman SEO Xidməti

Əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb

Suraxanı rayonunda evlərdən oğurluq edən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, Rayon Polis İdarəsinin 30-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Binə qəsəbəsindəki həyətlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

 

Onun ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən ümumilikdə 2850 manat, 1000 ABŞ dolları və 10.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş