Evinizdəki güllərlə danışa biləcəksiz - <font color=red> Yeni ixtira</font>

Maraqlı

20.07.2019 - 19:53

Bu dibçək bitkilərinizi ev heyvanına çevirəcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, artıq evdə yetişdirdiyiniz bitkilərlə ünsiyyət qura biləcəksiniz. Onların nə istədiklərini, özlərini necə hiss etdiklərini anlayacaqsınız.

 

Xüsusi nəvazişlə alıb evə gətirdiyimiz bitkilər bir müddət sonra solur, təravətini itirir və ya məhv olur. Bir çox hallarda bunun səbəbi bizim o bitkiyə qarşı necə rəftar etməli olduğumuzu bilməməyimizdən irəli gəlir. Artıq bu problem həllini tapacaq. “Lula” adlı yei elektron dibçək bitkilərimizlə aramızda bir növ tərcüməçi vəzifəsini yerinə yetirəcək.

 

“Mu Design” şirkətinin istehsal etdiyi “Lula” dibçəkləri bitkinizin özünü necə hissetdiyi, su və ya günəş işığı istəyib istəmədiyi haqqında məlumat verəcək.

 

“Lula” dibçəklərini əldə etdikdən sonra veb marketlərdən eyni adlı mobil tətbiqetməni cihazınıza yükləyərək, saxsı ilə cihaz arasında “QR” kod vasitəsilə əlaqə yaradırsınız. Mobil tətbiqetmənin daxilindəki müəyyən qeydləri tamamladıqdan sonra artıq bitkiniz bir növ sizin ev heyvanınıza çevriləcək.

 

Dibçəklərin üzərindəki ekranda bitkinin su, günəş işığı, əlavə gübrə və s. tələbatlarını göstərən 15 müxtəlif xəbərdarlıq mövcuddur.

 

Qeyd edək ki, “Lula” dibçəkləri kütləvi istehsala başlamaq üçün 30 min avro məbləğində kampaniya başladıb. Kampaniya uğurla başa çatdığı təqdirdə bu ilin sonundan etibarən dibçəklərin istehsalı və satışı başlayacaq.

Müəllif: Ayna.az