Estoniya Rusiya ilə sərhəd keçidini sadələşdirilməyəcək

Dünya

12.08.2025 - 12:50

“Estoniyadan Rusiyaya gediş-gəlişin sadələşdirilməsi ilə bağlı səxavətli jestlər gözləməməliyik”

Estoniya hakimiyyəti Estoniya-Rusiya sərhədindən keçmə prosedurunu sadələşdirmək niyyətində deyil. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri İqor Taro bildirib.

Onun sözlərinə görə, “Estoniyadan Rusiyaya gediş-gəlişin sadələşdirilməsi ilə bağlı səxavətli jestlər gözləməməliyik”.

"Biz buna ümid etməməliyik", - nazir qeyd edib.

Rusiya ilə Estoniya sərhədində üç sərhəd keçid məntəqəsi var ki, onlardan biri “Narva” yalnız gündüz işləyir. Luhamaa və Koidula keçid məntəqələri tam fəaliyyətdədir. 2024-cü ilin avqustunda Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq etdi ki, bu da onu keçərkən gözləmə müddətini əhəmiyyətli dərəcədə artırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş