Əsrin bəlası sürətlə yayılır – <font color=red> BUNLARI BİLMƏLİYİK</font>

Dünya

26.02.2020 - 16:00

Koronavirusa Çindən kənarda 3 min nəfərə qədər, Çində isə 80 min insanın yoluxduğu bildirilir

 

Çindən kənarda ölümcül koronavirus hadisələrinin artması, xəstəliyin yeni bir mərhələyə çatması və qlobal miqyasda yayılması, daha həssas ölkələrdə davam edə biləcəyinə dair narahatlıq yaşanır. Virusun ilk müşahidə olunduğu Çinin Vuhan şəhərindən sonra dünyanın başqa yerlərində - Cənubi Koreyada, İtaliyada, İranda və Yaponiyada virusa yoluxmuş insanların sayı sürətlə artır.

 

Rəsmi olaraq COVID-19 adlanan virusa Çindən kənarda 3 minə qədər, Çində isə 80 min insanın yoluxduğu bildirilir. Çindən kənarda virusdan ölənlərin sayı da artır.

 

Çərşənbə axşamı İspaniyanın Kanar adalarında yerləşən bir oteldə qalan italyan həkimdə virus aşkarlanıb və həkim karantinə alınıb. Yerli medianın məlumatına görə, oteldən, təxminən 1000 turistin buraxılmasına icazə verilməyib.

 

Bazar ertəsi keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom ÜST-nin İslam Respublikasında və İtaliyadakı vəziyyətdən narahat olduğunu söyləyib. Tedros hələ də koronavirusun pandemiya səviyyəsinə çatmadığını bildirib: “Epidemiyanın artıq bir pandemiyaya çevrildiyi anlamına gəlməməsi ilə əlaqədar bir çox ehtimallar var. Bu virusun pandemiya potensialı varmı? Tamamilə, var”.

 

Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi məlumata görə, bir pandemiya bir neçə ölkədə və ya qitədə yayılmış epidemiyadır.  

Картинки по запросу

ÜST rəsmisi, həmçinin bir qrup mütəxəssisin İtaliyaya, digər qrupun isə İrana yola düşdüyünü açıqlayıb.

 

Çində infeksiya sayı çoxalmadan, on milyonlarla insanın yaşadığı şəhərlərin bağlanması da daxil olmaqla, çox ciddi tədbirlər görülüb. Buna baxmayaraq, artıq 35-dən çox ölkədə təsdiqlənmiş koronavirus faktı var. Bunu səyahət edənlər arasında virusa yoluxmuş insanların aşkarlanmasının çətinliyi ilə əlaqələndirirlər. Virusun inkubasiya müddətinin çox olmasına (adətən simptomlar görünməmişdən 3 gündən 14 günə qədər) görə hava limanlarında hərarət müayinəsi zamanı belə xəstələri tapmaqda çətinlik çəkirlər.

 

Mütəxəssislər hələ də virusun tam olaraq necə yayıldığını dəqiqləşdirə bilmirlər. Çinə gedən ÜST ekspertləri virusun DNT-sində əhəmiyyətli bir dəyişiklik tapmadıqlarını açıqlayıblar. Böyük problem budur ki, bu virusun hansı yolla ötürülməsi hələ də aydın deyil.

 

London Gigiyena Məktəbinin Yoluxucu Xəstəliklər Epidemiologiyasının professoru Devid Heyman məsələyə belə münasibət bildirib: “Virusun insandan-insana necə keçdiyi aydın olur, ünsiyyət, asqırmaq, öskürək, üz-üzə və s. Ancaq virusun digər şərtlər altında necə asanlıqla yayıldığı hazırda məlum deyil”.

 

ÜST koronavirusun yayılmasının qarşısını almaq üçün fürsət pəncərəsinin daralması barədə xəbərdarlıq edib. Virusun başqa harada yayıldığını bilmək üçün aşağıdakı məlumatlara diqqət edin:

A hospital worker speaks with a patient at a medical center in Daegu, South Korea on Feb. 20, 2020.

Cənubi Koreya

 

Çərşənbə axşamı Cənubi Koreyada COVID-19-a yoluxanların sayı 977-yə yüksəlib, onlardan 10 nəfəri ölüb. Koronavirus ölkənin Daegu şəhərinin cənub-qərbində, dini təriqət olan İsanın Şincheonji Kilsəsində daha sürətlə yayılır. Cənubi Koreya hökuməti bildirib ki, Daegu şəhərinin cənub-şərqində və ətrafdakı əyalətdə maksimum dərəcədə karantin tədbirləri planlaşdırılır. Təriqətin 9 mindən çox üzvü karantindədir. Cənubi Koreyada, təxminən 200.000 daimi ziyarətçisi olduğu iddia edilən kilsənin 74 mərkəzi bağlanılıb və izləyicilərə ibadət xidmətlərini “YouTube”da izləmələri tövsiyə olunub.

 

"Yonhap" Xəbər Agentliyinin verdiyi məlumata görə, virusun ölkə daxilində yayılma ehtimalı yüksəkdir. Fevralın 20-də Daegu Bələdiyyəsinin sədri Kvon Youngjin şəhərin 2.5 milyon sakinini evdə qalmağa və mümkün olduğu təqdirdə, hətta otaqda belə, maska taxmağa çağırıb. ABŞ Cənubi Koreyaya səyahət xəbərdarlığını 3-cü səviyyəyə qaldırıb, insanlara ölkəyə qeyri-rəsmi səyahət etməmələri tövsiyə edilir.

A policeman and pedestrians wear masks in Tehran, Iran, on Feb. 23, 2020.

İran

 

İranın keçən həftə koronavirusdan bir neçə ölüm hadisəsi barədə qəfil açıqlaması qlobal ictimai səhiyyə cəmiyyətini heyrətləndirdi. İranda virus, əsasən paytaxt Tehrandan, təqribən 90 mil cənubda yerləşən 1 milyon nəfərdən çox əhalisi olan Qum şəhərində qeydə alındı, lakin hadisələr son bir neçə gündə digər dörd şəhərə, o cümlədən Tehrana yayıldı. İran rəsmiləri virusa yoluxma faktının 95, ölüm hadisəsinin isə 15 olduğunu təsdiqlədilər.

 

Ancaq Qumdan olan millət vəkili Əhməd Amiriabadi Fərəhani, təkcə bu şəhərdə ölənlərin sayının 50 olduğunu iddia etdi. Səhiyyə Nazirliyi isə millət vəkilinin iddiasını rədd etdi. İran hökuməti də virusa yoluxma hallarını ört-basdır etməyə çalışmaqla bağlı ittihamlarla razılaşmır. 

 

Bölgədəki digər ölkələrdə, o cümlədən Əfqanıstan, Küveyt, Bəhreyn və İraqda da İrandan gəlmiş şəxslərlə bağlı yoluxma faktları mövcuddur. Məhz bu səbəbdən bir neçə ölkə İranla sərhədlərini bağlayıb.

 

Çərşənbə axşamı dünyanın ən işlək səyahət mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin İrana uçuşları məhdudlaşdırdığını açıqladı. Hava limanından "Associated Press"ə verilən açıqlamada deyilir: "Tehran istisna olmaqla, İran İslam Respublikasına və oradan olan bütün aviareyslər sonrakı xəbərdarlığa qədər dayandırıldı".

 

Mütəxəssislər İrandakı hadisələrin qonşu ölkələrə də sirayət edə biləcəyindən narahatdırlar. Narahatlıq İranın Pakistan və Əfqanıstanla sərhədləri ilə bağlıdır. Sərhədlərin polis üçün olduqca məsaməli və çətin olduğu başadüşüləndir. Virus insanların çox sıx məskunlaşdığı Hindistan və Pakistana yayılarsa, bu, çox təhlükəli olar”.

A young tourist joining in on carnival festivities wears a facemask in Venice, Italy, on Feb. 24, 2020.

İtaliya

 

Bazar ertəsi səhər saatlarına olan məlumata görə, İtaliyada virusa yoluxanların sayı həftəsonu ərzində dörd dəfədən çox artıb. Rəsmi açıqlamada 200 nəfərin virusa yoluxduğu, 6 nəfərin öldüyü bildirilir. İlkin olaraq Lombardiya və Venetonun şimal bölgələrində xəstəliyin artıq bütün ölkəyə yayıldığı barədə həyəcan təbili çalınır. Bölgənin, ən azı 10 qəsəbəsi karantinə alınıb, həmçinin məktəblər, muzeylər və kilsələr bağlanıb.

 

İtaliya Çinə və oradan uçuşları qadağan edən ilk Avropa İttifaqı ölkəsidir. ÜST isə uçuş qadağalarına qarşı çıxıb. Baxmayaraq ki, çox sayda ölkə Çinə səyahəti qadağan etməklə bağlı İtaliyaya qoşulub. ÜST baş direktorunun sözlərinə görə, Təşkilat səyahət və ticarət üçün hər hansı bir məhdudiyyət və ya Çinə qarşı digər tədbirləri tövsiyə etmir və buna qarşıdır.

 

İtaliyaya qonşu olan ölkələr xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Məsələn, Fransa Səhiyyə Nazirliyi, İtaliyanın Lombardiya bölgəsindən qayıdan hər kəsə insanların çox olduğu ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Mütəxəssislər virusun İtaliyanın hüdudlarından kənarda yayılma ehtimalını hələ bilmirlər.

Health workers help passengers disembark from the Diamond Princess cruise ship at Daikoku pier in Yokohama, Japan, on Feb. 21, 2020.

Yaponiya

 

Çərşənbə axşamına olan məlumata əsasən, Yaponiyada, demək olar ki, 850 təsdiqlənmiş koronavirus xəstəsi var, bunlardan 691-i virusa yoluxmuş “Diamond Princess” kruizinin sərnişinləri və heyətidir. Virusa yoluxanlardan 4-ü ölüb. Şirkətin virus aşkarlanmış gəmisi fevralın 19-na qədər - 14 gün müddətində karantinə alınıb. Gəmidə olan insanların, demək olar ki, 20%-i virusa yoluxduğundan karantin tədbiri görülüb. Karantinin daha az sayda infeksiyaya səbəb olacağı ehtimal olunur.  

 

Məlumata görə, gəmidə Yaponiya, ABŞ, Filippin, Hindistan və Honq-Konqdan gələn sərnişinlər və heyət üzvü var. Sərnişinlərin əksəriyyətinə gəmini tərk etməyə icazə verilib, digərləri 14 günlük karantin müddəti bitdikdən sonra buraxılacaq. Heyət isə gəmidə qalır.

 

Gəmidən əlavə, Yaponiyada 159 nəfərin virusa yoluxduğu, 1 nəfərin isə öldüyü bildirilib. Həmçinin 22 yanvar tarixində Tokioda Müstəqil Taksi Sürücüləri Birliyinin təşkil etdiyi çay gəzintisində də 11 nəfər virusa yoluxub. O cümlədən, Aichinin mərkəzi prefekturasından olan dörd nəfər Havaydan geri döndükdən sonra xəstəliyə yoluxub.

A customer wears a face mask as she shops at the 168 Market in Alhambra, Calif., on Jan. 31, 2020.

Amerika Birləşmiş Ştatları

 

ABŞ indi ölkədə, xaricdə koronavirusa yoluxmuş daha 39 şübhəli arasında 14 yoluxma faktını təsdiqləyib. Bəziləri virusa yoluxmuş “Diamond Princess” kruiz gəmisində xəstəliyə tutulub, digərləri isə Çindən təxliyə edilib. Fevralın əvvəlində Yaponiyanın Yokohama limanındakı “Diamond Princess” gəmisində 400-ə yaxın amerikalı olub.

 

Kanar adaları

 

İspaniyanın Tenerife adasında yerləşən kurortda qalan italyan həkimdə virus aşkarlandıqdan sonra o, Kanar adalarında bir otelə qapadılıb. Yerli xəbər agentlikləri oteldə bron edilmiş 1000 nəfər qonağın olduğunu bildirir.

 

Canary Təcili Xidmətlər İdarəsi xəstələri müayinə etməklə yanaşı, baş verən hadisənin həcmini qiymətləndirməyə çalışır. Oteldəki qonaqlardan biri “Twitter”də bir qapının üzərinə yerləşdirilmiş qeydin fotoşəklini yerləşdirib: “Sağlamlıq səbəbiylə gəldiyiniz oteldə bağlandığınıza görə təəssüf edirik. Aidiyyəti orqanlara xəbərdarlıq edilənə qədər, otaqlarınızda qalmalısınız".

Müəllif: Rumiyyə Miraslan