Müdafiə Nazirliyi: "Qarşı tərəf xeyli sayda itki verib"
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
İctimaiyyətə əlavə məlumat veriləcək.