"Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir"

Siyasət

17.09.2022 - 20:33

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti Ermənistanın təxribatlarından danışıb

"Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir".

AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir.

"Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir", - Ərdoğan vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş