Ermənistan diversiya qrupu Kəlbəcərdə mövqelərimizə basqın etməyə cəhd göstərib

Xəbərlər

22.09.2022 - 12:17

Görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu Kəlbəcər istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Müəllif: Ayna.az