Ordumuz düşmənin füzuli istiqamətində və Ağdərədəki mövqelərinə zərbələr endirib
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.
Nazirlikdən o da bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.