Erməni nümayəndələrlə növbəti görüş tezliklə keçiriləcək

Xəbərlər

21.09.2023 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun növbəti görüşü tezliklə keçiriləcək.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezident Adminstrasiyasının Yevlaxda Qarabağın erməni sakinləri ilə görüşün nəticələri ilə bağlı açıqlamasında qeyd edilib. 

Bildirilib ki, növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti əsasında Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Prezident Adminstrasiyasının açıqlamasında qeyd edilib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştırakçı qismində görüşə qatılıb.

Konstruktuv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.

Müəllif: Ayna.az