Ərdoğan NATO-nun baş katibini qəbul edib

Dünya

13.05.2025 - 23:18

Həkimlər Klinikalar SEO Xidməti

Görüş Ankaradakı Prezident Kompleksində bağlı qapılar arxasında baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni qəbul edib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, görüş mayın 13-də Ankaradakı Prezident Kompleksində bağlı qapılar arxasında baş tutub.

Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Qeyd olunub ki, görüşdə Türkiyə ilə NATO arasında münasibətlər, Rusiya-Ukrayna münaqişəsi, beynəlxalq və regional vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin qalıcı və ədalətli sülh bərqərar edərək Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün səylərini artırdığını, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığını bildirib.

“Ərdoğan Türkiyənin hərtərəfli atəşkəsin yaradılmasını qətiyyətlə dəstəklədiyini və NATO-nun bu müharibənin bir hissəsi olmaması və sülh fürsətinin qaçırılmaması mövqeyində olduğunu bildirib”, - Türkiyə liderinin ofisinin məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş