Əməkdar artist Elxan Qasımov vəfat edib

Mədəniyyət

29.05.2023 - 20:21

Elxan Qasımov 2000-ci ildə Əməkdar artisti adına layiq görülmüşdü

Azərbaycanın Əməkdar artisti, Elxan Qasımov dünyasını dəyişib. Bu barədə AYNA-ya Azərbaycan Kinematoqrafçılar İtitfaqından bildirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə