Azərbaycan paytaxtında Türkiyə ilə bağlı qərar qəbul olunub

Siyasət

15.10.2019 - 15:45

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

 

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII (Türk Şurası) Zirvə Görüşü keçirilib. AYNA Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb. Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib.

Ayna.az