Bu, orta dünya göstəricisindən yüksəkdir
Davos İqtisadi Forumunun məlumatına əsasən, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qadınlardır. Azərbaycanda isə bu rəqəm 40 faiz təşkil edir və bu, orta dünya göstəricisindən yüksəkdir.
AYNA xəbər verir ki, bu məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatında öz əksini tapıb.
Hesabata əsasən, Azərbaycanda magistrantların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 faizini, həmçinin elmi tədqiqatçıların 56 faizini qadınlar təşkil edir. Beləliklə, ölkəmizdə bu göstərici 40 faiz təşkil edir.
Ali təhsil müəssisələrində çalışanların 55,74 faizi, orta ixtisas müəssisələrində 80,75 faizi, peşə təhsili müəssisələrində 60,78 faizi məhz qadınlardır.
Ali təhsil müəssisələrində bakalavr dərəcəsində təhsil alanların arasında da qadınlar üstünlük (51,08 faiz) təşkil edir.