Əli Əsədovun Fuat Oktayla telefon danışığı olub
"Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır".
AYNA xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib.
Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.
Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, noyabrın 23-də Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.