Əhməd Cavadın ev muzeyinin yaradılacaq

Mədəniyyət

28.12.2021 - 14:01

Nazir: "Təkliflər planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək"

Gələn il anadan olmasının 130 illiyi tamam olacaq Əhməd Cavadla bağlı Mədəniyyət Nazirliyi tərəfindən təkliflər hazırlanır.

AYNA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, təkliflər planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək: "Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda, Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq”.

Müəllif: Ayna.az